Gəncənin "Kəpəz" və "Çelje" klubları əməkdaşlığa başlayıblar.

Offsideplus.az xəbər verir ki, bununla bağlı adıçəkilən komandaların rəhbərlikləri arasında görüş keçirilib.

Görüşdə bir sıra məsələlər müzakirə olunub və əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Anlaşma klublar arasında mövcud skautinq şəbəkəsi və resurslardan istifadə edilməklə, oyunçuların transferi sahəsində ümumi strateji məsləhətlərin və dəstəyin göstərilməsini əhatə edir.

Qeyd edək ki, 1919-cu ildə yaradılan "Çelje" 2 dəfə Sloveniya çempionatının və kubokunun qalibi olub. Bu komanda UEFA Konfrans Liqasının 2024/2025 mövsümündə 1/4 finala qədər irəliləyib.