Bakı. Trend:
İsrailin İrana endirdiyi zərbələr fonunda Böyük BritaniyanınNəqliyyat Nazirliyi krallığın bayrağını daşıyan bütün gəmilərəQırmızı dəniz və Ədən körfəzinə daxil olmamağı tövsiyə edib.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə Nazirliyin müvafiqsənədində qeyd edilib.
Məlumata əsasən, tövsiyə xaratekterli müraciət eyni zamandaCəbəllütariq və Bermuda adalarında qeydiyyatdan keçmiş gəmilərəşamil edilir.
Qeyd edilir ki, həmin su ərazilərindən keçəcəkləri təqdirdəgəmidə ən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilməli vəgöyərtədə olan ekipaj üzvlərinin sayı məhdudlaşdırılmalıdır.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.