İrəvan Rusiya qoşunlarının ölkə ərazisində mövcudluğuna son qoymaq istəmir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, ötən il Ermənistanda Rusiya qoşunlarının mövcudluq səviyyəsi azaldılıb.
“Hazırda bizim qarşımızda Rusiya qoşunlarının mövcudluğunu dayandırmaq vəzifəsi yoxdur”, - deyə o əlavə edib.