AZ

Litva İsraildə olan vətəndaşlarını təxliyə etməyi planlaşdırır

Litva hökuməti İsraildə olan vətəndaşlarını təxliyə etməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Krizislərin İdarəolunması Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas məlumat verib.

“İsraildəki səfirliyimiz orada olan litvalıların dəqiq sayını müəyyən etmək üçün intensiv şəkildə çalışır ki, onların ölkədən çıxarılması mümkün olsun,” — deyə Vitkauskas bildirib.

Hazırda mövcud məlumatlara əsasən, İsrail ərazisində 255 Litva vətəndaşı mövcuddur. Vitkauskasın sözlərinə görə, onlar xüsusi internet səhifəsi və ya mobil tətbiqlər vasitəsilə qeydiyyatdan keçirlər.

Hazırda Baltikyanı respublikanın müvafiq qurumları təxliyənin həyata keçirilməsi üçün hava nəqliyyatından, o cümlədən hərbi aviasiyadan istifadə imkanlarını dəyərləndirirlər.

Seçilən
14
nocomment.az

1Mənbələr