AZ

"Yuventus"  baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Baş məşqçi İqor Tudor İtaliyanın "Yuventus" klubu ilə müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssilə "1+1" illik sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatırdı.

Qeyd edək ki, İqor Tudor 2025-ci ilin martından "Yuventus"a rəhbərlik edir. Ötən mövsüm "qoca-sinyora" 70 xal toplayaraq İtaliya çempionatını 4-cü pillədə başa vurub.

Seçilən
9
1
report.az

2Mənbələr