AZ

Bu il Şahdağ Turizm Mərkəzinə gələn turistlərin sayı açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Şahdağ Turizm Mərkəzinə 170 min785 turist gəlib.

Trend xəbərverir ki, bunu Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı iləbağlı keçirilən press-konfransda Şahdağ Turizm Mərkəzi QSC-ninsədri Rüstəm Nəcəfov deyib.

O qeyd edib ki, bu göstərici, ötən ilin eyni dövrü iləmüqayisədə 35% çoxdur:

"Bu ilin 6 ayı ərzində isə Şahdağ Turizm Mərkəzində fəaliyyətgöstərən otellərdə 90 min 890 nəfər gecələyib".

"Hazırda Şahdağ Turizm Mərkəzində 15 kanat yolu fəaliyyətgöstərir. Kilometr xizək enişləri salınıb və bunun 10 kilometratılması planlaşdırılır. Kanat yollarının sayının 17-ə çatdırılmasıgözlənilir. Burada 538 süni qarlandırma avadanlığından istifadəolunur ki, bu da, həqiqətən böyük göstəricidir", - deyə sədr əlavəedib.

Seçilən
20
az.trend.az

1Mənbələr