Klublararası dünya çempionatı (KDÇ) son dövrlərin ən uğursuz tədbirlərindən birinə çevrilə bilər.
Publika.az xəbər verir ki, buna səbəb ABŞ hakimiyyətinin tribunalarda tətbiq etdiyi sərt nəzarətdir. Bu barədə "Goal" məlumat yayıb.
Turnirin ev sahibi olan ölkənin, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi ötən gün açıqlama yayaraq tribunalarda sərhəd xidmətinin əməkdaşlarının yerləşdiriləcəyini və onların azarkeşlərin təhlükəsizliyini təmin edəcəyini bəyan edib. Bu addım ABŞ-dakı qeyri-qanuni miqrantlarla mübarizə çərçivəsində atılıb. Lakin bu, FİFA-nın narahatlığına səbəb olub.
FİFA vəziyyətlə bağlı narahatlıq ifadə etdikdən sonra nazirlik bəyanatını "X" sosial şəbəkədəki hesabından silib.
Qeyd edək ki, açılış oyununa indiyə qədər cəmi 20 min bilet satılıb. Halbuki "Hard Rock Arena"nın tutumu 65 min nəfərdir. ABŞ hüquq-mühafizə orqanlarının son açıqlamalarından sonra bilet satışlarının tempi daha da azalıb.