İsrailin Baş naziri Benyamin Netanyahu yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanası məlumat verib.
İsrail Nazirlər Kabinetinin rəhbəri həmçinin cümə günü ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparmağı nəzərdə tutur.
İyunun 13-də Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədr müavini Dmitri Novikov bildirib ki, Rusiya Yaxın Şərqdə gərginliyin azaldılmasında maraqlıdır və alovlanan münaqişədə vasitəçilik etmək üçün İran və İsrailə sülhməramlı rol təklif edə bilər.