AZ

İranı şoka salan iddia - İsrail kəşfiyyatı Tehranda PUA bazası qurub və bu gün səhər işə salıb...


İsrail Xarici Kəşfiyyat Xidməti “Mossad”ın İrana hücumlardan əvvəl paytaxt Tehran yaxınlığında kamikadze pilotsuz uçuş aparatı (PUA) bazası qurduğu ortaya çıxıb.

Yerli mətbuata danışan adı açıqlanmayan yüksək səviyyəli İsrail rəsmisi, “Mossad”ın bu səhərki hücumlardan əvvəl İranda kamikadze dron bazası qurduğunu iddia edib. Sözügedən rəsmi, bu dron bazasının paytaxt Tehran yaxınlığında olduğunu iddia edib.

Bu bazanın partlayıcı yüklü kamikadze PUA-larla Tehran yaxınlığındakı hərbi bazada İran ordusunun yer-yer tipli raket buraxılış sistemlərini hədəfə almaq məqsədi ilə qurulduğu iddia edilib.

İsrail rəsmisi iddia edib ki, bu kamikadze pilotsuz təyyarələr bu gün səhər tezdən Təl-Əvivə hücum zamanı işə salınıb.

İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlar kəşfiyyat bölmələrinin Mossadın İranın ən kritik nöqtələrinə sızdığına dair əvvəlki iddialarını bir daha təsdiqləyir. İranın ali dini lideri Əli Xamneyinin baş müşaviri Əli Şamxaninin və bəzi generalların yataq otağına hədəflənən dəqiq zərbələr xüsusi diqqət çəkir.

TAHİR

Seçilən
38
baki-xeber.com

1Mənbələr