AZ

"Trampın komandası ona başa salır ki, bunu belə davam etdirsək, ziyan olacaq"

Hazırda ABŞ və Çin arasında yaxınlaşmalar müşahidə olunur. Dövlətlər arasında ticari əlaqələrin qurulması üçün danışıqlar aparılır. Lakin daha öncə aralarında gərginlik mövcud idi.

Bu yaxınlaşmaya nə səbəb oldu?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, Çin və Amerika bir-birlərinə sanksiya tətbiq etdikləri müddətdə hər ikisi də itirdi:

"Artıq görürlər ki, başqa variantları yoxdur. Əksinə, burada qazanan digər tərəflər ola bilər. Buna görə də nəzərə almaq lazımdır ki, Çin ilə ABŞ dünyanın ən çox ticarət edən ortaqlarıdır. Belə olduqda gərgin vəziyyət ümumi dünya ticarətinə də ciddi ziyan vurur. Yavaş-yavaş yaxınlaşmağa başlayıblar. Trampın əvvəlki addımları hegemonluğu əldən vermək istəməməsi kimi də qiymətləndirilə bilərdi. Amma hər halda Çin özü böyük və super gücdür. Artıq belə davranışlar Çini məqsədlərindən kənarda qoymayacaq. Buna görə də hesab edirəm ki, artıq münasibətlərin düzəlməsi vacib görünür".

Müsahibimizin sözlərinə görə, Amerikada və Çində məsələ ilə bağlı narazılıq hiss olunmaqdadır.

"Münasibətləri bu səbəblərdən yenidən düzəltməyə çalışırlar. Bu, hər iki tərəf üçün faydalı olacaq. Amerika istehsalatı daha çox özünə keçirtmək istəyir. İstehsalatı özünə keçirsə, bunun ziyanları da olacaq. Görünür ki, Trampın komandası ona başa salır ki, bunu belə davam etdirsək, ziyan olacaq. Bu səbəbdən Amerika və Çin arasında münasibətlərin düzəlməsi perspektivləri müzakirə olunur", - deyə politoloq bildirdi.

Aytəkin TOFİQQIZI

Seçilən
49
1
redaktor.az

2Mənbələr