AZ

Prezident Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Prezident Kitabxanasının konfrans zalında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezident Kitabxanasının direktoru Afət Abbasova 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin xilas və inkişaf mərhələsinin başlanğıcı kimi tarixə düşdüyünü deyib. Vurğulayıb ki, 1993-cü ilin bu əlamətdar günü Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı, ölkədə anarxiyanın qarşısının alınması və sabitliyin bərqərar edilməsi baxımından həlledici rol oynayıb.

Afət Abbasova çıxışında, həmçinin əlavə edib ki, bu gün Prezident Kitabxanası da öz fəaliyyətində məhz Heydər Əliyevin milli inkişaf strategiyasına əsaslanaraq müasir texnologiyaların tətbiqi və intellektual irsin qorunması istiqamətində mühüm layihələr həyata keçirir.

Tədbirdə Prezident Kitabxanasının elmi-katibi Anar Vəlizadə, Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov və Elektron nəşrlərin tərcüməsi qrupunun rəhbəri Kəmalə Quliyeva da öz çıxışlarında Ümummilli Liderin müasir dövlət quruculuğundakı misilsiz xidmətlərindən, onun zəngin irsinin tədqiqi, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən bəhs edib, Heydər Əliyev ideyalarının bu gün də Azərbaycan cəmiyyətinin inkişafına yol göstərən əsas dayaqlardan biri olduğunu diqqətə çatdırıblar.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Seçilən
3
azertag.az

1Mənbələr