Bakı. Trend:
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) baş katibi bəyanedib ki, “hazırda nə neft tədarüklərində, nə də bazar dinamikasındaəlavə tədbirlərin görülməsini zəruri edəcək dəyişiklik yoxdur”.
Trend xəbər verirki, bu barədə təşkilatın bəyanatında deyilir.
Bu bəyanat, Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçıdirektoru Fatih Birolun İsrailin İrana endirdiyi zərbələrlə bağlınarahatlığını ifadə etməsinə və vəziyyətin fövqəladə neftehtiyatlarından istifadə zərurəti yarada biləcəyini bildirməsinəcavab olaraq verilib.
“BEA-nın neft təhlükəsizliyi sisteminə 1,2 milyard bareldən çoxstrateji ehtiyat daxildir və o artıq qlobal iqtisadiyyatınqorunmasında əsas rolunu sübut edib”, – Birol paylaşımında qeydedib.
OPEK-in açıqlamasında qeyd olunub ki, BEA-nın icraçıdirektorunun sosial şəbəkələrdə hazırkı bazar şəraiti və fövqəladəehtiyatlardan istifadənin mümkünlüyü barədə bu gün səsləndirdiyifikirlər, ocümlədən ehtiyatlardan istifadə zərurətiniəsaslandırılmamış şəkildə təkrarlaması, yalnış həyəcan yaradır vəbazarda təşvişə səbəb olur.
Təşkilat əlavə edib ki, oxşar qiymətləndirmələr, o cümlədən2022-ci ildə də bazarda dəyişkənliyin artmasına və ehtiyac olmayanehtiyatların vaxtından əvvəl istifadəsinə gətirib çıxarmışdı.
Bəyanatda vurğulanır ki, xüsusilə mürəkkəb geosiyasi vəziyyətşəraitində bazarın vəziyyəti ilə bağlı şərhlər yoxlanılmışməlumatlara və dəqiq təhlilə əsaslanmalıdır.