İsrail İrana qarşı başladığı hərbi əməliyyatı iki həftə ərzində başa çatdırmağı hədəfləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə The Wall Street Journal yüksək rütbəli israilli məmura istinadla məlumat yayıb.
Məlumata görə, Qərbi Qüds hesab edir ki, İranın nüvə proqramı obyektlərinə endiriləcək birgə zərbə dalğası həmin infrastruktura kifayət qədər zərər vurmaq üçün yetərlidir.
Hücumların məqsədinin eyni vaxtda İran rəhbərliyinin nümayəndələrini, silah anbarlarını və strateji obyektləri hədəf almaq olduğu bildirilir. Bu taktika ilə Təl-Əvivin əsas məqsədi Tehranı tammiqyaslı cavab zərbəsi imkanından məhrum etməkdir.