AZ

İran PUA-ları məhv edildi - VİDEO

BAKI, 13 iyun. TELEQRAF

İran tərəfindən İsrailə göndərilən pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsinə dair görüntülər yayılıb.

Teleqraf xəbər verir ki, bu görüntüləri İsrail Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, İran cavab addımı olaraq 600-dən çox PUA ilə İsrailə hücuma keçmişdi.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.

İran Prezidenti Məsud Pezeşkian və Ali Rəhbər Əli Xamanei İranın İsrailə cavab zərbəsi endirəcəyini bəyan edib.

PUA-ların məhvinə dair görüntüləri təqdim edirik:

Seçilən
10
18
teleqraf.com

10Mənbələr