AZ

Türkiyədən III Dünya müharibəsi proqnozu: Bütün regiona hücum...

İsrailin İran ərazisinə hava hücumları faktiki olaraq III Dünya müharibəsinin başlanğıcı deməkdir və təkcə ölkəyə deyil, həm də bütün regiona hücumu təmsil edir.

Publika.az xəbər verir ki, bu fikirləri "X" sosial şəbəkəsində türkiyəli siyasi analitik Serdar Tokdemir qeyd edib.

Onun sözlərinə görə, müharibə kortəbii deyil, mütəşəkkil şəkildə və bir çox cəbhələrdə cərəyan edir. O hesab edir ki, indiki dövr sərhədlərin yox olması, proksi-müharibələrdən birbaşa silahlı münaqişələrə keçidlə xarakterizə olunur və lokal böhranlar qlobal təhlükələrə çevrilir.

"İrana hücum bunun ən bariz əlamətidir. Bu, bir ölkəyə deyil, bir bölgəyə, sivilizasiyaya, gələcəyə baxışdır", - analitik deyib.

Tokdemir onu da qeyd edib ki, Türkiyənin baş verənlərdən kənarda qalmağa gücü çatmaz. O, ölkənin sadəcə bir ərazi olmadığını, qədim zamanlardan xalqların, dinlərin və ideyaların kəsişdiyi geosiyasi mərkəz olduğunu vurğulayıb.

Seçilən
21
2
publika.az

4Mənbələr