Bakı. Trend:
İyunun 17-dən 19-dək Bakıda Qara Dəniz İqtisadi ƏməkdaşlıqTəşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenarsessiyası keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, tədbirdə çoxsaylı qonaqlarla yanaşı, bir neçəölkənin parlament sədrlərinin də iştirakı gözlənilir.
Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova plenarsessiyada açılış nitqi ilə çıxış edəcək.
Tədbir çərçivəsində təşkilatın Büro, Daimi komitə, həmçininiqtisadi, hüquqi və sosial sahələr üzrə komitələrinin iclaslarıkeçiriləcək, o cümlədən bir sıra təşkilati məsələlərəbaxılacaqdır.
Plenar sessiyada isə “QDİƏT regionunda əlaqələringücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturununyaradılması yolu ilə mobilliyin artırılması” mövzusunda müzakirələraparılacaq, müvafiq qərarlar qəbul ediləcək.
Tədbir çərçivəsində QDİƏT PA-ya sədrlik AzərbaycandanBolqarıstana təhvil veriləcək.