ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində bəyan edib ki, Birləşmiş Ştatlar öldürücü silahlara malikdir və İsraildə bu silahlardan çoxdur.
"ABŞ ən yaxşı və öldürücü silahlar istehsal edir. İsraldə bu silahlardan çox var və daha çoxu İsrailə çatdırılmaq ərəfəsindədir. Onlar bu silahdan nə vaxt istifadə edəcəklərini bilirlər"- deyə amerikan lider bildirib.
ABŞ prezidenti, vəziyyətin getdikcə ağırlaşacağını bildirib.
Həmişə olduğu kimi, ABŞ münaqişə ocaqlarını söndürmək əvəzinə, odun üstünə benzin tökməyə üstünlük verir.
Rüstəm Hacıyev