AZ

“Son Zəng”də valideyn məsuliyyəti xüsusilə önəmlidir— Ekspert

İyunun 14-də ümumtəhsil müəssisələrində “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür.

Tanınmış təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlama verib.

O deyib ki, hüquq-mühafizə orqanlarının bu məsələdə rolu əvəzsizdir:

“Onlar təhlükəsizlik tədbirlərini planlı və sistemli şəkildə həyata keçirirlər. Amma dediyiniz kimi, təkcə onların üzərinə düşmək yetərli deyil. Valideyn məsuliyyəti xüsusilə önəmlidir. Uşaqların davranışları ailədən başlayır. Onlara təhlükəli davranışların məsələn, pirotexniki vasitələrdən istifadə, təhlükəli avtomobil hərəkətləri və ya kütləvi yerlərdə məsuliyyətsiz davranışların nə qədər təhlükəli və yolverilməz olduğunu anlatmaq lazımdır. Əlavə olaraq, maarifləndirici tədbirlərin artırılması, məktəblərdə profilaktik görüşlərin təşkili və yerli icma dəstəyinin gücləndirilməsi də ümumi təhlükəsizlik mühitinə müsbət təsir göstərə bilər. Bir sözlə, bu işdə həm hüquq-mühafizə orqanları, həm valideynlər, həm də cəmiyyət birgə məsuliyyət daşıyır”.

Leyla Turan 
Demokrat.az
Seçilən
9
demokrat.az

1Mənbələr