AZ

İsrailin İran zərbələri regional tarazlıqları pozdu – Hizbullah

BAKI, TurkicWorld

İsrail İrana hücumu ilə bölgədəki bütün qırmızı xətləri keçib.

TurkicWorld xəbər verir ki, Livanda fəaliyyət göstərən Hizbullah Hərəkatı İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumu “bölgədəki bütün qaydaların və tarazlıqların pozulması” kimi qiymətləndirib.

Hərəkatın yaydığı yazılı bəyanatda İsrailin bu hücumu ABŞ-ın tam dəstəyi və himayəsi ilə gerçəkləşdirdiyi qeyd olunub. Bildirilib ki, bu addım bölgəni alova sürükləyən təhlükəli bir hərəkətdir və bütün “qırmızı xətlərin keçildiyi” bir mərhələni işarələyir.

Bəyanatda həmçinin İranın sülhməramlı nüvə proqramı ilə təmkin nümayiş etdirdiyi iddia edilib. “Bu hücum İranı zəiflətməyəcək, əksinə onun suverenliyini və təhlükəsizliyini qorumaq əzmini gücləndirəcək” - deyə bildirilib.

Hizbullah Vaşinqtonun bu hücumda məsuliyyət daşıdığını vurğulayaraq, ABŞ-ın “birbaşa koordinasiya” ilə prosesdə iştirak etdiyini iddia edib.

Sonda təşkilat İran xalqı və rəhbərliyinə başsağlığı verib və onlarla tam həmrəylik içində olduqlarını bəyan edib.

Qeyd edək ki,bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, Luristan və Kirmanşah şəhərlərinə hava hücumları təşkil edib.

Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH baş komandanı Hüseyn Salami və 6 nüvə alimi həlak olub. Eyni zamanda, mülki obyektlərin də hədəf alındığı bildirilir.

Seçilən
10
turkic.world

1Mənbələr