AZ

Azərbaycan Cənubi Koreya və Çindən turist cəlbini artıracaq

BAKI, 13 iyun. TELEQRAF

"Uzaq Şərq ölkələri, o cümlədən Cənubi Koreya və Çin bizim prioritet istiqamətlərimizdir. Cənubi Koreyada çox aktiv fəaliyyətə başlamışıq. Hətta zaman-zaman Cənubi Koreyada nümayəndəlik açmaq planlarımız da olub".

Teleqraf-ın “Şahdağ” Turizm Mərkəzinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri, aparat rəhbərinin vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə deyib.

O qeyd edib ki, Azərbaycan aktiv şəkildə Cənubi Koreyadan turistlər cəlb edir.

"Bizim üçün vacib məsələAzərbaycana gələn turistlərin ölkədən məmnun ayrılmasıdır. Çin bazarı ilə bağlı daha çevik siyasət yeridirik. Çin bazarı turistlərin cəlb edilməsi baxımdan xüsusi və qlobal bazardır. Bu ölkədən hər il qlobal turizm bazarına 120 milyondan çox turist axın edir. Həmin turistlərin bir neçə faizini Azərbaycana cəlb etməyi hədəfləmişik".

Seçilən
22
teleqraf.com

1Mənbələr