4 iyun 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "SİLK VEY VEST AVİAŞİRKƏT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 20.06.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "SİLK VEY VEST AVİAŞİRKƏT" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2005023513
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli
Hərrac: İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 1000 ABŞ dolları
İstiqrazların buraxılış həcmi: 10 000 000 ABŞ dolları
İllik gəlirlilik faizi: 5.5%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir.
Tədavül müddəti: 3 il
Ticarətə buraxılma tarixi: 20.06.2025
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC