AZ

İran prezidenti İsrailin hava hücumundan sonra xalqa müraciət edib

...İran prezidenti Məsud Pezeşkian İsrailin ölkəyə hava zərbələri endirməsindən sonra xalqa müraciət edib.

SİA xəbər verir ki, bu barədə TASS nəşri məlumat yayıb.

Pezeşkian İsrailin hücumunu cinayət adlandırıb. Onun sözlərinə görə, nə İran hakimiyyəti, nə də xalq buna cavab olaraq susmayacaq.

Ölkə prezidenti qanuni olacaq güclü cavab verəcəyini vəd edib.

İran liderinin əlavə etdiyi kimi, düşmən adlandırdığı İsrail əməlindən peşman olacaq. Siyasətçi ölkəyə aviazərbələrin endirilməsini axmaq hərəkətlər hesab edib.

O, sonda xalqı daha birliyə, yalnız ölkə hakimiyyətinə etibar etməyə, şayiə yaymaqla məşğul olmamağa çağırıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumunu alqışlayıb.

Onun sözlərinə görə, əməliyyat əla keçib və gələcəkdə daha çoxunu gözləmək olar.

Əli Babayev

Seçilən
18
sia.az

1Mənbələr