Almaniya kansleri Fridrix Merts İsrail tərəfindən İrana planlaşdırılan hücumlar barədə əvvəlcədən məlumatlandırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Spiegel jurnalı öz mənbələrinə istinadla xəbər verir.
“Federal kansler Fridrix Merts İrana qarşı gözlənilən hücumla bağlı qısa xəbərdarlıq intervalı ilə məlumatlandırılıb”, – deyə nəşr qeyd edir.
Bildirilib ki, Mertsə İran ərazisinə gözlənilən zərbə barədə məlumat yerli vaxtla saat 02:30-da çatdırılıb.