AZ

Qarabağ qaziləri Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində olub - FOTO

Bu gün Əhmədlidə yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxs və QHT nümayəndələrinin infoturu təşkil olunub.

Bu barədə Qaziler.az-a "Qarabağ qaziləri" İcitmai Birliyinin mətbuat rəhbəri Rey Kərimoğllu məlumat verib. O, bildirib ki, infotur zamanı Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Məmmədov və agentliyin keyfiyyətə nəzarət şöbəsinin müdiri Nicat Abasbəyli ilə görüş olub:

"Görüş zamanı Asif Məcidov və Fuad Məmmədov dövlətin müharibə əlillərinə protezləşdirmə ilə bağlı gördüyü işlər barədə ətraflı məlumat verildi. Daha sonra mərkəzdə iş prosesi və avadanlıqlarla tanışlıq oldu. Asif Məcidov ən müasir protez düzəltmə avadanlıqlarından birini qazilərə təqdim etdi. Tədbirdə "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev və qazilər dövlətin onlar üçün gördüyü işlərdən razılığını bildiriblər. Nazirliyin və mərkəzin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndiriblər".

Rey Kərimoğlu vurğulayıb ki, sonda əraziyə baxış zamanı protezdən istifadə edən qazilərin bəzi təklif və tövsiyələri də olub.

QAZİLER.AZ

Seçilən
25
qaziler.az

1Mənbələr