AZ

Təl-Əvivdə kritik görüş başlayır

Təl-Əvivdə

İsrailin baş naziri Binyamin Netanyahu bu gün axşam saatlarında ölkəsinin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə görüşəcək. Görüşdə bu gün səhər tezdən İrana qarşı başlayan və davam edən hücumlar müzakirə olunacaq.

Reyting.az
İsrail KİV-lərinə istinadla bildirir ki, Netanyahu yerli vaxtla saat 18:30-da “vəziyyətin qiymətləndirilməsi toplantısı” keçirəcək.

İclasda Müdafiə naziri, Baş Qərargah rəisi və “Mossad” direktoru da daxil olmaqla, yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin iştirak edəcəyi bildirilir.

Digər tərəfdən, yerli mətbuata açıqlama verən İsrail təhlükəsizlik mənbəsi, İrana hücumların davam etdiyini və yeni dalğaların olacağını deyib.

“Hələ görüləsi çox iş var və davam edirik, daha çox dalğalar olacaq. Hücum edirik və təslim olmayacağıq. Bütün məqsədlərimizə çatana qədər ayağımızı qazdan çəkməyəcəyik”,- mənbə əlavə edib.

Qeyd edək ki, İsrail səhər saatlarında İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektinə, Luristan, Kirmanşah, Şiraz, Xuzistan, Həmədan və Qum şəhərlərinə hücumlar təşkil edib.

E. KAMAL
Seçilən
12
1
reyting.az

2Mənbələr