AZ

ADU-nun rektoru Çin səfiri ilə görüşdü - FOTOLAR

  • İyunun 13-də  Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey ADU-nun qonağı olub.


  • Manset.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur.

Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir:

“Azərbaycan Dillər Universitetində təhsil alan tələbələr Çin dilinə, mədəniyyətinə, tarixinə böyük maraq və diqqət göstərir. Bu işdə bizə Konfutsi İnstitutu yaxından köməklik edir. ADU elmi, mədəni əlaqələrin qurulmasında beynəlxalq əməkdaşlığa böyük önəm verir. Çin Xalq Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələri ilə elmi, mədəni əlaqələrin qurulmasında Çinin ölkəmizdəki səfirliyinin böyük rolu var. Biz inanırıq ki, əməkdaşlığımız bundan sonra da yüksələn xəttlə inkişaf edəcəkdir”.

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən səfir ADU ilə əlaqələrin qurulmasının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ölkələr arasında elmi, mədəni əlaqələrin inkişafı istiqamətində bir sıra mühüm işlər görülür.

ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutu beynəlxalq əlaqələrin qurulması baxımından hər iki tərəf üçün faydalıdır.

Görüş zamanı ADU-nun Çinin Xudjou Universiteti ilə sıx əməkdaşlıq etməsi, Konfutsi İnstitu ilə qarşılıqlı elmi layihələrin həyata keçirilməsi, Çin dili, mədəniyyəti, tarixinin öyrənilməsi ilə bağlı təhsil əlaqələrinin genişləndirilməsi, Çin evinin qurulmasının perspektivləri, müəllim-tələbə mübadilə proqramlarının həyata keçirilməsi ətrafında fikir mübadilələri aparılıb.

Daha sonra xanım diplomat ADU-da da fəaliyyət göstərən  “Səfir saatı” layihəsinə dəvət olunub.

Görüş iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi ilə davam edib.

Seçilən
35
2
manset.az

4Mənbələr