AZ

40 yaşlı Kriştiano Ronaldo oynamasa da, mundialda daha yaşlı futbolçu var

40 yaşlı Kriştiano Ronaldonun FIFA Klublararası dünya çempionatı-2025-də iştirakı reallaşmasa da, mundialda onunla həmyaşıd və hətta ondan da yaşlı futbolçular olacaq.

İdman.biz xəbər verir ki, turnirin iki ən yaşlı oyunçusu Braziliyanın "Fluminense" klubunun şərəfini qoruyur.

Karyerası ərzində Avropada oynamadığından o qədər də tanınmayan qapıçı Fabionun 44 yaşı var. Hazırda "Fluminense"nin kapitanı olan 40 yaşlı Tiaqo Silva isə vaxtilə "Milan", PSJ və "Çelsi"nin formasını geyinib.

Klubların mundialında 5 ən yaşlı futbolçu:

44 yaş - Fabio ("Fluminense")
40 yaş - Tiaqo Silva ("Fluminense")
40 yaş - Denis Onyanqo ("Mamelodi Sandauns")
39 yaş - Luka Modriç ("Real Madrid")
39 yaş - Qustavo Cabral ("Paçuka")

İdman.biz

Seçilən
29
idman.biz

1Mənbələr