İsrailin endirdiyi zərbələrlə bağlı İran hökuməti təcili iclas keçirib.
NOCOMMENT.az xəbər verir ki, u barədə İran prezidenti Məsud Pezeşkianın mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı ölkədəki mövcud vəziyyət təhlil edilib və bütün icraedici hakimiyyət orqanlarının əhaliyə yanacaq, dərman və digər zəruri məhsullarla təminat sahəsində üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğu bildirilib. Həmçinin bu istiqamətdə fəaliyyət planı hazırlanıb.