AZ

12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

 Ombudsman Aparatının mətbuat xidmətindən Azia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Bakı şəhəri 16 nömrəli Texniki humanitar liseydə 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş maarifləndirmə tədbiri təşkil olunub.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən“Uşaq hüquqlarının müdafiəsi və uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirilən təlimdə liseyin şagirdləri və pedaqoji heyəti iştirak edib.

Tədbirdə Aparatın nümayəndələritərəfindənMüvəkkilin uşaq hüquqlarının müdafiəsi sahəsindəki səlahiyyətləri, habelə bu istiqamətdə təsisat tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib.Eyni zamanda, uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud hüquq normaları, uşaqların əmək hüququ,həmçinin uşaq əməyinin istismarının qarşısının alınmasına dair mövcud hüquqi mexanizmlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirinteraktiv müzakirələr formatında davam etdirilib, iştirakçıların sualları 


Seçilən
6
azia.az

1Mənbələr