AZ

UEFA bu klubu avrokuboklardan uzaqlaşdırdı

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

İrlandiyanın “Droqeda Yunayted” klubu UEFA-nın qərarı ilə 2025/2026 mövsümündə Konfrans Liqasından kənarlaşdırılıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buna səbəb “Droqeda Yunayted”i maliyyələşdirən şirkətin Konfrans Liqasında çıxış edəcək Danimarkanın “Silkeborq” klubunun da sponsoru olmasıdır. UEFA-nın reqlamentinə əsasən bir sahibkara məxsus olan komandalar eyni turnirdə iştirak edə bilməz. 

“Droqeda Yunayted” UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etdiklərini də açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
qol.az

1Mənbələr