AZ

İsrailin İranı bombalaması fonunda Ankarada müzakirə aparılıb

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri YaşarGülər, Baş Qərargah rəisi ordu generalı Metin Gürak və MİT rəhbəriİbrahim Kalın arasında görüş keçirilib.

Trend xəbər verir ki, bubarədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə İsrailin İrana hava hücumu və bunun mümkün nəticələrimüzakirə edilib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr