AZ

“Sülh sazişinin imzalanması üçün Azərbaycanla məsləhətləşmələr aparırıq” –PAŞİNYAN

Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparırlar, onun mətni artıq tərəflər tərəfindən razılaşdırılıb.

AzPost bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Praqada bildirib.

“Bu il biz ölkələrimiz arasında sülh sazişi üzrə Azərbaycanla danışıqları müsbət nəticələrlə başa çatdıra bildik. Yəni, bu layihə ikitərəfli qaydada razılaşdırılıb və indi sülh sazişinin imzalanmasının vaxtı çatıb. Biz hazırda Azərbaycanla bu nöqtəyə çatmaq və sülh sazişi imzalamaq üçün məsləhətləşmələr prosesindəyik”-deyə Paşinyan bildirib.

AzPost.az

Seçilən
25
azpost.info

1Mənbələr