AZ

Simone İnzaginin qardaşı da istefa verdi

BAKI, 13 iyun. TELEQRAF

İtaliyanın “Piza” klubunun baş məşqçisi Filippo İnzagi vəzifəsindən ayrılıb.

Teleqraf “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, 2024-cü ilin yayında baş məşqçi təyin olunmuş 52 yaşlı mütəxəssislə müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilib.

Geridə qalan mövsümdə “Piza” İtaliya B Seriyasında ikinci yeri tutaraq A Seriyasına vəsiqə qazanıb.

İtaliya mətbuatının məlumatına görə, Filippo İnzagi yenidən B Seriyasında çalışacaq və “Palermo” klubunun sükanı arxasına keçəcək.

Qeyd edək ki, Filippo İnzaginin qardaşı Simone İnzagi “İnter”dən istefa verib. O, bundan əvvəl “Salernitana”, “Reggina”, “Brescia”, “Benevento”, “Bolonya”, “Venetsiya” və “Milan” klublarında da baş məşqçi kimi çalışıb.

Seçilən
42
teleqraf.com

1Mənbələr