AZ

İran İsrailə BELƏ CAVAB VERDİ: Tehranın “qisası” təəccübləndirdi - VİDEO

Xəbər verdiyimiz kimi, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib. İsrail zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olublar. Bundan əlavə, zərbələr nəticəsində İranın mülki əhalisi arasında da həlak olanlar var.

Musavat.com xəbər verir ki, İsrailin endirdiyi genişmiqyaslı zərbələr fonunda İranın süni intellektin köməyi ilə yəhudi dövlətinin ordusunun darmadağın edildiyini göstərən videoçarx hazırlanıb.

İran telegram kanallarında yayılan həmin görüntüləri təqdim edirik:

Musavat.com

Seçilən
8
50
musavat.com

10Mənbələr