ABŞ, İranın İsrailin zərbələrinə mümkün cavabı fonunda Yaxın Şərqə silahlı qüvvələrini yönəldir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumatlı mənbələrə istinadən məlumat yayıb.
“ABŞ Hərbi Dəniz Qüvvələri USS Thomas Hudner esminesinə Şərqi Aralıq dənizi istiqamətində hərəkətə başlamaq göstərişi verib,” — deyə agentliyin dərc etdiyi məlumatda qeyd olunur.
Həmçinin bildirilir ki, digər bir esminesə də irəliləmək və Ağ Evin sorğusu əsasında mümkün hərbi əməliyyatlara hazır olmaq göstərişi verilib.