AZ

İsrail-İran müharibəsi "dünya müharibəsi"nə çevrilə bilər?..


İsrail artıq Təbrizi, Natanz nüvə zavodunu və digər hərbi obyektlərini, o cümlədən də ballistik raket istehsal edilən zavodunu vurub.

Israil Hərbi Hava Qüvvələri iyunun 13-nə keçən gecə İran ərazisinə "önləyici zərbə" endirdiyini bildirib. Əməliyyat İranın Nüvə Proqramını hədəfləyib. İsrail İranda on hədəfə hücum edib.

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun zərbələrdə iştirak etmədiyini bildirib. Tramp isə İsraili lazım gəlsə müdafiə edəcəyini deyib.

İranın ali dini lideri Ayətullah Əli Xamnei İsrailə “ağır cəza” veriləcəyini vəd edib.

Netanyahu hücumların İran teokratiyasının süqutuna gətirib çıxaracağına ümid etdiyini bildirib və deyib ki, onun İran xalqına mesajı budur ki, mübarizə iranlılara qarşı deyil, “sizə 46 ildir zülm edən qəddar diktaturaya” qarşıdır.

Qəhrəman Nurani: "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Facebook hesabında yazıb ki, İsraili durdurmaq lazımdır, əks təqdirdə növbədə Türkiyə də var, mən bu fikirlə tam razıyam"

Hansı nəticələr gözlənilir, davamı nə olacaq? Bu hücum dünya müharibəsinə çevrilə bulərmi?

İranda Qafqaz məsələləri üzrə ekspert Qəhrəman Nurani baki-xeber.com-a bu barədə açıqlamasında bildirdi ki, hazırda hər şey qaranlıqdır, əldəttə, qisas əməliyyatı olacaq, buna heç kəs sübhə etməməlidir: "Yaxşı olardı ki, vəziyyət gəlib bu yerə çatmayaydı. Böhran nəzarətdən çıxmamalı idi. Qarşıdakı günlərdə müxtəlif sürprizlar yaşana bilər. Amma nə ola biləcəyini dəqiq demək çox çətindir.

Ölənlərin hamısı müsəlmandır. Onların arasında sizin də çox yaxşı tanıdığınız məşhur azərbaycanlı sərkərdə də var. General-leytenant Baqiri də şəhidlər sıradındadır. Bu hamımızı kədərləndirir.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Facebook hesabında yazıb ki, İsraili durdurmaq lazımdır, əks təqdirdə növbədə Türkiyə də var, mən bu fikirlə tam razıyam. Bunu mən də görürəm. Hesab edirəm ki, indiki məqamda Türkiyə bitərəf qala bilməz və böyük ehtimalla qalmayacaq da. Əlbəttə, indi Türkiyə hökuməti bu hücumu qınadı. Hesab edirəm ki, İsrailin bu təcavüzü qarşısında Türkiyə də şok vəziyyətə düşüb. Türkiyədə hesab edirlər ki, İsrail Türkiyəyə də zərbələr endirə bilər. Əlbəttə, Turkiyənin NATO ölkəsi olduğunu da nəzərə alaraq hesab edirəm ki, gələcəkdə Ankara bu təcavüzə bitərəf qala bilməyəcək. Bu vəziyyətdə bitərəf qalmaq da çox çətindir".

Əli Orucov: "İranın Hava Hücumundan müdafiə sistemi İsrailin gecə bombardmanında iştirak edən 200 təyyarəsindən heç birini zərərsizləşdirə bilməyib"

Məsələ barədə bizimlə söhbətində politoloq Əli Orucov bildirdi ki, İsrailin gecə boyu İrana hava zərbələri endirməsi Yaxın Şərqdə müharibənin genişlənməsi təhlükəsini artırmış oldu: "Beynəlxalq ictimaiyyət onsuz da İranla İsrail arasında hərbi toqquşmaların baş verəcəyindən narahat idi və bunun üçün də ciddi əsaslar var idi. Budəfəki hücum miqyasına və verilən itkilərə görə daha böyük oldu. İsrail rəsmilərinin bəyanatlarındanda aydın olur ki, hava hücumları yenə davam etdiriləcək. Maraqlısı odur ki, İranın Hava Hücumundan müdafiə sistemi İsrailin gecə bombardmanında iştirak edən 200 təyyarəsindən heç birini zərərsizləşdirə bilməyib. Belə görünür ki, İranın hava məkanı ya etibarlı qorunmur, ya da İsrail təyyarələri döyüş tapşırıqlarını maneəsiz yerinə yetiriblər. Ehtimalıma görə, İsrailin İrana hücumu genişmiqyaslı müharibəyə gətirib çıxarmayacaq. Həmçinin Tehranın vəd etdiyi dağıdıcı zərbələri də baş verməyəcək. Əvvəla ona görə ki, İsrailin hava məkanı ABŞ və bəzi Qərb ölkələrinin dəstəyi ilə etibarlı şəkildə qorunur. İranın da hərbi arsenalında havadan müdafiə xəttini yarıb keçə biləcək silahlar yoxdur. Pilotsuz təyyarələr və ballistik raketlər İsrailə çatmadan vurulur. Biz bunun əvvəlki qarşılıqlı hücumlar zamanı şahidi olduq. İranın İsrail hədəflərinə göndərdiyi raketlər və pilotsuz təyyarələrin böyük əksəriyyəti İsrail sərhədlərinə çatmadan havada məhv edildi. Yerüstü əməliyyat üçünsə İsrail İran üçün əlçatmazdır. Yəni Suriyadan, ya da İordaniya üzərindən getməlidir ki, bu da mümkün görünmür. Məncə İranın özü də, sərt bəyanatlar verməsinə rəğmən, müharibənin şiddətlənməsinə və genişlənməsinə hazır deyil. İsraillə sərhəddə yerləşən HƏMAS, Hizbullah kimi hərbi qruplaşmalar da aparılan müharibədə zəif düşürülüb və ciddi təhlükə deyillər. Suriyanın yeni höküməti Təl-Əvivlə münasibətlərində gərginlik yaradılmasında maraqlı olmaz.

Livanın yeni iqtidarının da eyni davranış sərgiləcəyi gözləniləndir. Demək, Tehran İsrail və onun bir nömrəli təbii müttəfiqi olan Birləşmiş Ştatlarla təkbaşına mübarizə aparmaq məcburiyyətiilə üz-üzədir. Müharibənin Təl-Əviv-Vaşinqton ittifaqı ilə aparılması İran üçün dağıdıcı olar. Ancaq bölgədə müharibə Azərbaycan üçün də ciddi təhlükəsizlik risqləri yaradır. Bura humanitar və miqrant axını kimi məsələləri də daxil etsək, Bakı hazırlıqlı olmalıdır. Azərbaycanın qonşuluğunda beynəlxalq münasibətlərə və təhlükəsizliyə təsir edəcək proseslərin cərəyan etməsi arzuolunan deyil. Ümid edək ki, diplomatiya hələ tam iflas etməyib.

Yeri gəlmişkən onu da nəzərdən qaçırmayıq ki, İran 40 milyondan çox soydaşımızın doğma vətənidir və silahlıqarşıdurmanınfəsadlarından onlar daha çox zərər çəkə bilər".

Akif NƏSİRLİ

Seçilən
57
baki-xeber.com

1Mənbələr