AZ

Aİ Rusiyaya şərab və pivə ixracını 25% artırıb

Aprel ayında Avropa ölkələri əvvəlki ayla müqayisədə Rusiyaya şərab və pivə ixracını orta hesabla 25% artırıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti Eurostat məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Avropa ölkələri arasında Rusiyaya pivə tədarükündə əsas ixracatçı Çexiyadır — bu ölkədən ixracın həcmi 2,14 milyon avroya çatıb. İkinci yerdə Almaniya (1,65 milyon avro), üçüncü yerdə isə Litva (1,16 milyon avro) qərarlaşıb. Ümumilikdə, Aİ ölkələri Rusiyaya 786 min ton pivə göndəriblər.

Rusiyaya şərab tədarükündə lider isə İtaliya olaraq qalır — bu ölkədən ixracın həcmi 15,3 milyon avro təşkil edib. Ümumilikdə Avropadan Rusiyaya şərab satışının ümumi dəyəri 34,8 milyon avroya yüksəlib.

Seçilən
27
nocomment.az

1Mənbələr