Şərqi Zəngəzurda turizm baxımıdan Kəlbəcər, Şuşa və Laçın daha çox potensiala malikdir.
Teleqraf-ın “Şahdağ” Turizm Mərkəzinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri, aparat rəhbərinin vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə deyib:
"Hər bir bölgənin özünün xüsusiyyətləri var. Kəlbəcərdə sağlamıq turizminin inkişaf etdirmək olar. Bundan əlavə rayon dağ qış turizminin yaradılması üçün əlverişlidir.Bu istiqamətdə araşdırmalar aparılır.
Şuşa beynəlxalq, eləcə də iri tədbirləri keçirilməsi üçün əlverişli bölgədir. Laçın sağlamlıq turizmi üçün yaralıdır".
Tuğ kəndinə daha çox turistin cəlb edilməsi yönündə Dövlət Turizm Agentliyi xüsusi konsepsiya hazırlayıb.