AZ

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi artıb

Astana. Trend:

2025-ci ililin ilk dörd ayı ərzində Qazaxıstan və Azərbaycanarasında ticarət dövriyyəsi 20 faiz artıb.

Trend QazaxıstanınAzərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu barədəQazaxıstanın ölkədəki səfiri Alim Bayel ölkənin kənf təsərrüfatısahəsinin nümayəndələri ilə görüşü zamanı bildirib.

Diplomatın sözlərinə görə, hazırda iki ölkə arasında ticarətdövriyyəsi bütün müstəqillik dövrü ərzində rekord səviyyəyəçatıb.

“Bu il Qazaxıstanın Azərbaycanın əsas taxıl tədarükçüsünəçevrilməsi xüsusilə sevindirir. Belə ki, 2025-ci ilin yanvar-mayaylarında Qazaxıstandan Azərbaycana 450 min ton taxıl ixrac olunub,bu da 95 milyon dollar məbləğində dəyərləndirilir. Bu göstərici2024-cü ilin anoloji dövrü ilə müqayisədə 86 faiz artım deməkdir.Azərbaycanın ümumi taxıl idxalında Qazaxıstan buğdasının payırekord həddə — 88 faizə çatıb”, — deyə səfir qeyd edib.

Qazaxıstanın Bakıda yerləşən səfirliyində keçirilən tədbirdəQazaxıstandan olan kənd təsərrüfatı məhsulları istehsalçıları iləyanaşı, Azərbaycanın aparıcı holdinqlərinin, şirkətlərinin,supermarket şəbəkələrinin və un dəyirmanlarının nümayəndələriiştirak ediblər.

Görüş zamanı Alim Bayel Qazaxıstanın aqrar-sənaye kompleksisahəsindəki investisiya imkanları, kənd təsərrüfatı məhsullarınınemalı sahəsindəki prioritet layihələr barədə danışıb vəsahibkarları fəal investisiya və ticari-iqtisadi qarşılıqlıfəaliyyətə çağırıb.

Məqalədə:
Seçilən
28
1
az.trend.az

2Mənbələr