Bakı. Trend:
13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Polşa Respublikasının AzərbaycanRespublikasında yeni təyin olunmuş səfiri Pavel Radomskini qəbuledib.
XİN-dən Trend-ə verilənxəbərə görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazirCeyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilətəbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlararzulayıb. Yeni səfirin iki ölkə arasında münasibətlərin daha dainkişafı üçün səylərini əsirgəməyəcəyinə dair əminlik ifadəolunub.
Görüş əsnasında Azərbaycan-Polşa siyasi dialoqunun hazırkısəviyyəsindən məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlısəfər və təmasların münasibətlərimizin dayanıqlı xarakter daşımasıüçün möhkəm zəmin yaratdığı bildirilib.
Azərbaycan-Polşa dövlətlərarası əlaqələrinin hərtərəfli vəsistematik inkişafında Xarici İşlər Nazirlikləri arasında siyasiməsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə HökumətlərarasıKomissiya və Parlamentlərarası əlaqələr üzrə işçi qrupları kimimexanizmlərin əhəmiyyətindən bəhs olunub.
İqtisadi, o cümlədən ənənəvi və yaşıl enerji, nəqliyyat vəlogistika sahələrində əməkdaşlığımız üçün mövcud potensial vəimkanlardan maksimum faydalanmaq üçün birgə fəaliyyətləringücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Humanitar istiqamət, ocümlədən təhsil, mədəniyyət, idman və gənclər ölçüləri üzrəəməkdaşlığın inkişafı və mübadilələrin gücləndirilməsi imkanlarıbarədə danışılıb.
Nazir Ceyhun Bayramov görüş zamanı keçmiş Ermənistan-Azərbaycanmünaqişəsinin tarixçəsi, eləcə də post-münaqişə dövrünün reallıq vəinkişafları barədə qarşı tərəfə ətraflı məlumat verib. Cari ilinmart ayında Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlarınyekunlaşdığı, sazişin imzalanmasına maneə törədən amillər, ocümlədən Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyünəqarşı iddialar və Minsk Qrupu kimi aktuallığını və funksionallığınıitirmiş mexanizmlərin ləğvi məsələsindən bəhs olunub.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digərregional və beynəlxalq inkişaf və çağırışlar ətrafında fikirmübadiləsi aparılıb.