AZ

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Bakı. Trend:

Audiovizual Şura "Maşa və ayı" cizgi filminin nümayişinə görə“Space TV”yə xəbərdarlıq edib.

Trend xəbər verir ki, bubarədə Şuranın bugünkü onlayn iclasında qərar qəbul edilib.

İclasda "Space TV" kanalının efirində 7, 8 və 9 iyundayayımlanan "Maşa və ayı" cizgi filminin nümayişi zamanı digəryayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələmüzakirə olunub.

"Maşa və ayı" cizgi filminin Azərbaycan ərazisində müstəsnayayım hüququnun "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nəməxsus olmasına görə Şura aparatının Audiovizual proqramlarınmonitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal"Media haqqında" qanunun 38.2-ci maddəsinin tələbinin (Proqramamüstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digəraudiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır)pozulması kimi qeydə alınıb, daha sonra həmin fakt AudiovizualŞuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiqolunub.

Televiziya kanalının efirində belə pozuntunun ilk dəfə başverməsini nəzərə alaraq iclasda "Space Müstəqil Televiziya və RadioŞirkəti" MMC-nin "Space TV" televiziya kanalına bu dəfə xəbərdarlıqedilməsi barədə razılığa gəlinib, bütün yayımçılardan öz istehsalıolmayan proqramları (filmləri, cizgi filmlərini, sənədli filmlərivə sairə) yayımlayarkən yayım hüququ məsələlərinə diqqətliyanaşmaları tələb olunub.

Məqalədə:
Seçilən
2
49
az.trend.az

10Mənbələr