AZ

Qusarda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi - FOTO

Qusar rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Zəfər tariximizin başlanğıcı – 15 İyun Milli Qurtuluş Günü” mövzusunda ümumrayon tədbiri keçirilib.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbirdə Qusar Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektiv üzvləri iştirak ediblər.
 

Tədbir öncəsi ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib. Ardınca “Milli Qurtuluşdan Zəfərə doğru” adlı şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Qusar Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Qusar Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov tədbiri giriş nitqi ilə açıb. Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Vəfadar Babaverdiyev, Qusar şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Bahaddin Osmanov çıxış ediblər.
 

Sonda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Seçilən
21
1
bizim.media

2Mənbələr