AZ

Ermənistanda jurnalisti parlamentdən zorla çıxardılar

Ermənistan parlamentində Müdafiə və Təhlükəsizlik məsələləri üzrə komissiyanın iclasında insident baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “MediaHub” adlı informasiya agentliyinin jurnalisti Vahe Makaryan parlamentin mühafizə əməkdaşları tərəfindən binadan çıxarılıb.

Bu rəftarın səbəbi rəsmi şəkildə açıqlanmayıb.

Makaryanın sözlərinə görə, baş verənlərin arxasında çox güman ki, parlamentin sədri Alen Simonyan dayanır – onun səyləri nəticəsində jurnalistin akkreditasiyası ləğv edilib.

Lakin deputat Geqam Manukyan Makaryana buraxılış vəsiqəsi təqdim edərək onun Müdafiə və Təhlükəsizlik məsələləri üzrə komissiyanın iclasında qanuni şəkildə iştirak etmək hüququnu təmin edib.

Buna baxmayaraq, mühafizəçilər iclas zalına daxil olaraq heç bir izahat vermədən jurnalisti çıxarıblar.

Hadisə şahidlərinin bildirdiyinə görə, Makaryanı zorla binadan çıxarıblar. Onun arxasınca həmrəylik əlaməti olaraq digər media nümayəndələri də zalı tərk ediblər.

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr