AZ

Cəlilabadda “Suveren Azərbaycanın Milli Qurtuluş Günü” mövzusunda tədbir keçirilib

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Suveren Azərbaycanın Milli Qurtuluş Günü” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Liderin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı və digərləri bildiriblər ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir.

Vurğulanıb ki, bu gün Azərbaycan yeni-yeni uğurlara imza atır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
sesqazeti.az

1Mənbələr