525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İsrailin İrana hücumu daha da artarsa, dolların böhran vəziyyətlərində təhlükəsiz valyuta rolu risk altında olacaq. Hazırkı vəziyyət Amerika valyutası üçün ciddi sınaqdır.
525.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazıb.
Qeyd olunub ki, dollar İsrailin İrandakı hədəflərə hava zərbələri endirdiyinə dair məlumatlar ortaya çıxanda əvvəlcə ucuzlaşıb, sonra isə əksər əsas valyutalar qarşısında möhkəmlənib. ABŞ-ın dünyanın ən böyük neft istehsalçısı kimi mövqeyi çox güman ki, bərpaya kömək edib.
Bununla belə, Bloomberg dollar indeksində artan tariflərlə bağlı narahatlıqlar və ABŞ iqtisadiyyatı üçün pisləşən perspektiv fonunda son üç ilin ən aşağı səviyyəsinə çatıb.
“Dollar və yuan kimi aktivlər üçün “təhlükəsiz sığınacaq” etiketi üç sütuna əsaslanır: iqtisadi sabitlik, likvidlik və etibarlılıq. Bu il dolların zəifləməsi hər üç sütunda çatları üzə çıxarır”, - Vantage Markets-in analitiki Hebe Çen bildirib.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.