AZ

İran hava məkanını BAĞLADI – Ermənilər Bakıya, azərbaycanlılar İrəvana eniş etdi

İran İslam Respublikasının və bəzi qonşu ölkələrin hava məkanını bağlaması bölgədə aviasiya böhranına səbəb olub.

Musavat.com xəbər verir ki, bu səbəbdən bir sıra beynəlxalq reyslər təyinat nöqtələrinə çata bilməyərək təcili enişlərə məcbur qalıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəsmi açıqlamasına görə, yaranmış vəziyyət nəticəsində bəzi beynəlxalq uçuşlar İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanına və region ölkələrinin digər hava limanlarına yönləndirilib. Ən diqqətçəkən məqam isə bəzi erməni sərnişinlərin Azərbaycanın paytaxtı Bakıdakı hava limanına enməli olması olub.

Eyni zamanda, təxirəsalınmaz enişlər səbəbilə azərbaycanlı sərnişinlər də İrəvan hava limanına yönləndirilib. Bu, son dövrlərdə nadir rast gəlinən humanitar və texniki qarşılıqlı situasiya kimi dəyərləndirilir.

Ermənistan rəsmiləri bildiriblər ki, bu fövqəladə vəziyyətə cavab olaraq ölkənin dövlət strukturları koordinasiyalı şəkildə fəaliyyət göstərir və bütün sərnişinlərin təhlükəsizliyi təmin edilir.

Qeyd edək ki, İsrailin geniş miqyaslı hücumu nəticəsində İran hava məkanını bağlamayıb.

Musavat.com

Seçilən
29
1
musavat.com

2Mənbələr