AZ

“Hüquq dəstək xidmət günü” təşkil edilib

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu” tərəfindən 01 may-31 iyul 2025-ci il tarixlərini əhatə edən, “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” adlı layihəsi çərçivəsində müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial problemlərinin həllinə hüquqi və mənəvi dəstək vermək məqsədi ilə “Hüquq dəstək xidmət günü” təşkil edildi.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra layihənin rəhbəri, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş, “Konstitusiya və Suverenlik ili” elan etməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial problemlərinin həllinə hüquqi və mənəvi dəstək verərək, aidiyyatı olan dövlət qurumları tərəfindən təmin olunaraq, şəhid ailələri və müharibə veteranları arasında yaranmış narazılıqları aradan qaldırmaqdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri, layihənin hüquqşünası Fəqan Nəsibzadə çıxış edərək qeyd etdi ki, cənab Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Çünki, Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir.

Fəqan Nəsibzadə qeyd edərək bildirdi ki, etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı vardır. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların deyil, bütün cəmiyyətin əsas qayğısı sayılmalıdır.

Hər birimiz, şəhidlərimizə, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin yaranmış tibbi-sosial problemlərinin həllinə biganə qalmamalıyıq.

Məhz buna görə də şəhid ailələrinə, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərə diqqət və qayğı artırmaq məqsədi ilə “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsini həyata keçiririk.

Layihə çərçivəsində müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial, hüquqi ehtiyaclarını öyrənərək mövcud olan problemlərinin həlli ilə bağlı aidiyyatı olan dövlət qurumlara rəsmi müraciətlər göndərərək, layihənin benefisiarlarının yaranmış tibbi-sosial problemlərinin operativ həllinin təmin olunmasına hüquqi köməklik göstəririk.

Daha sonra “Hüquq dəstək xidmət günü” tədbirində iştirak edən müharibə əlilləri və veteranlar çıxış edərək, “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsində qaldırılmış Vətən müharibəsinində sağlamlığını itirmiş müharibə əlillərinin, veteranlarının və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial problemləri ilə əlaqədar şikayətlərini və təkliflərini bildirərək həyata keçirilən layihəni müsbət qiymətləndirdilər.

Daha sonra, layihənin hüquqşunası, Fəqan Nəsibzadə tərəfindən müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial problemləri ilə əlaqədar onları maraqlandıran suallara, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidmət vasitəsi ilə əlilliyinə təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” barəsində ətraflı izahatla məlumat verərək hüquqi dəstək xidmətini davam etdirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
2
icma.az

3Mənbələr