AZ

Bir aydan çoxdur axtarılan Biləsuvar sakini tapılıb

İtkin klimi axtarışda olan Biləsuvar rayon sakini 35 yaşlı Rahid Bayramov tapılıb.

APA-nın əldə etdiyi məlumata görə, mayın əvvəlindən barəsində itkin kimi axtarış elan olunan 1990-cı il təvəllüdlü Rahib Bayramov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

Qeyd edək ki, itkin kimi axtarılan Rahib Bayramovun müğənni Əlikram Bayramovun qardaşı oğlu olduğu bildirilib.

Onun itkin düşməsi barədə xəbər ARB kanalında yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib. Onun atası Qafar Bayramov verilişə müraciət edərək bildirib ki, Türkiyədə gəmidə işləyən oğlu mayın 8-də yaşadığı Biləsuvar rayonundan Bakıya gəlib və bundan sonra ondan xəbər yoxdur.

Seçilən
46
19
apa.az

10Mənbələr