ABŞ Yaxın Şərqə qoşun yeridir.
Associated Press agentliyi mənbələrə istinadən xəbər verir ki, ABŞ İsrailin hücumuna İranın mümkün cavab təhlükəsi fonunda hərbi qüvvələrini Yaxın Şərqə köçürür.
Cümə günü, mayın 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri İrana qarşı irimiqyaslı hərbi əməliyyata başlayıb, hərbi və nüvə obyektlərinə silsilə zərbələr endirib. Tehran düşmən bazalarına cavab zərbəsi endirməyə hazırlaşdığını açıqlayıb.
"ABŞ-ın hərbi resursları İsrailin İrana zərbələri və Tehranın mümkün cavab hücumuna cavab olaraq köçürülüb", - nəşrin müəllifi izah edib.
Xüsusilə, Hərbi Dəniz Qüvvələri komandanlığı USS Thomas Hudner esminesinə Şərqi Aralıq dənizinə doğru hərəkət etməyə başlamağı əmr etdi.
Mənbələrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp münaqişənin kəskinləşməsi fonunda ABŞ Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib.
Ekspertlər qeyd ediblər ki, Vaşinqton İsrailin hücumlarından sonra İranın sarsıdıcı cavab zərbəsi endirəcəyindən ehtiyat edir.
aia.az
Tərcümə şöbəsi