ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakıda piyadaların kütləvi şəkildə qayda pozduqları yerlərdən biri də paytaxtın Həsən bəy Zərdabi küçəsidir. Avtosfer.az xəbər verir ki, piyadalar "Qələbə" dairəsi kimi tanınan yerdə yolu keçiddən kənar yerdən keçirlər. Qeydə alınmış videodan görünür ki, onlar yol polisi əməkdaşlarının gözü qarşısından keçərək qaydaları pozurlar. Təxminən 50-100 metr yaxınlıqdakı piyada keçidi isə istifadəsiz qalıb. Piyadalar yolu bu hissədən keçən zaman Əbdülvahab Salamzadə küçəsindən gəlib sağa dönən nəqliyyat vasitələrinin qarşısına çıxırlar. Həmin kəsişmə yeri sərt döngə olduğu üçün sürücülər yolu keçən piyadaları vaxtından əvvəl görməkdə çətinlik çəkirlər. Bu səbəbdən həm piyadaların, həm də sürücülərin həyatı təhlükə altında qalır.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.